100% Təhlükəsiz Alış-Veriş
050 282 00 14
Dil: AZ

Səbət

0 məhsul

Cinayət və Cəza

Dostuna göndər İstək siyahısına at Müqayisə
Qiymət: 8.50AZN
Taksitləri Göstər

“Cinayət və Cəza” Dostoyevskinin ən gözəl romanlarından biridir (“Prestupleniye i Nakazaniye”). İlk dəfə 1866-cı ildə “Russkiy vestnik” adlı ədəbiyyat jurnalında çap edilib. Bu ro¬man Dostoyevskinin katorqa¬dan qayıtdıqdan sonra yazdığı ikin¬¬ci irihəcmli əsəridir. Bununla birlikdə yazıçının püxtələşmə dövrünün ilk böyük romanı sayılır.
Əsərin oxucunu daim gərginlikdə saxlayan psixoloji süjet xətti var. Dünyanın böyük yazarları bu romanı detektiv janrı¬nın şedevri hesab eləyirlər. 
Kasıb Raskolnikov çalışqan və qabiliyyətli olsa da, maddi imkansızlıq ucbatından təhsil aldığı hüquq fakültəsini yarıda buraxmaq məcburiyyə¬tində qalır. O, hesab eləyir ki, var-dövlə¬tin, pulla nələr eləmək gərəkdiyini bil¬məyən, yaramaz, insanlıq ailəsində parazit kimi yer tutan mənəviyyat¬sızların əlində ol¬ması, o var-dövlətlə cəmiyyətin inkişafına hüdudsuz xe¬yir verə biləcək insanlarınsa maddi sıxıntı çəkməsi qətiyyən ədalətli deyil. Bu yanlışlığı düzəltmək üçün Raskolnikov qoca və çox varlı olan sələmçi qarını heç bir şahid buraxmadan öldürür. Kimsənin onu görmədiyini və arxada bir iz qoymadığını bilə-bilə, Raskolnikov sonsuz iztirablara düçar olur. O, artıq in¬sanlığını, paklığını itirmiş durumdadır. Saf ürəkli Son¬yaya ci¬nayətini etiraf edən Raskolnikov bundan sonra polisə təslim olur və cəzasını çəkmək üçün Sibirə katorqaya gedir.
“Mənim alçaldılmışların xilaskarı, zəiflərin təsəllisi olmaq üçün hər hansı əxlaq qanununu pozmaq kimi hüququm varmı?” - romanın qa¬yə¬sini bu sual təşkil eləyir. Bəs cavab? Cavab da elə bu əsərin özündədir.

Bolkart
Kredit
sayı
Kredit Cəmi
6 4.25AZN 25.50AZN