100% Təhlükəsiz Alış-Veriş
050 282 00 14
Dil: AZ

Səbət

0 məhsul

Ürəyim ağrıyır

Dostuna göndər İstək siyahısına at Müqayisə
Qiymət: 3.60AZN
Taksitləri Göstər

Bir ana və tibb işçisi olaraq ömrünü xəstəxana-ev və kitablarda keçirən Ruqəyyə Kəbiri hekayələrində za­man-zaman Kafkanın “Çevrilmə”sinin fərqli epizodla­rını yaşadır, ancaq burada çevrilməyə məruz qalan per­sonaj daha subyektiv, daha ümidli, daha həyəcanlı və tək sözlə desək, yaşam dolu bir Qadındır. “Mava­yıl” adlı hekayədə xəstələnərək əməliyyat keçirən, pis qoxuyan, gündən-günə ailəsi və həyatdan uzaq düşən bir qadın “Bu gecədən otağım tün çiçəyinin ətri ilə do­lacaq”, – deyə düşünür, həyatını sürdürür və təslim ol­maq fikrini bir an olsun yaxına buraxmır. Burada, haradasa bir inad, yorğun bir inad görünür. Başqa bir hekayəsində qocalar evinə getmək istəyən qadın orada özü-özünü qorumaq istəyir. Eyni durum “Mavayıl” heka­yəsində də gözə dəyir. Bağırsağının başını cər­rah­ların bir kisəyə bağladığı qadın, canının zəhərini o ki­səyə tökür. Bu qadının orqanizminin nədən bu günə düş­düyü oxucuya bəlli deyil. Bəlkə də bu cür anormal bir səviyyədə bədəndən dışarı tökülən bu zəhər, sadəcə, yaşam zəhəridir…

Bolkart
Kredit
sayı
Kredit Cəmi
6 1.80AZN 10.80AZN