100% Təhlükəsiz Alış-Veriş
050 282 00 14
Dil: AZ

Səbət

0 məhsul

Iskəndər

Dostuna göndər İstək siyahısına at Müqayisə
Qiymət: 7.00AZN
Taksitləri Göstər

Elif Şafakın “İskəndər” romanı Fərat çayı sahillərindəki bir kürd kəndində yaşayan, sonra isə Londona qədər gedib çıxan kürd-türk əsilli bir ailənin faciəsini təsvir edir. Roman İs­kən­dərin bacısı Əsmanın dilindən söylənən bir hekayət olaraq ya­zılıb. Əsərdə 11 əsas obrazın iştirakı ilə baş verən fa­­­­ciə – İs­kəndərin öz anasını qətlə yetirməsi baş gicəllən­dirici bir şəkildə təsvir edilmişdir. Romanın bölmələri ayrı-ayrı qəh­rəmanların adları ilə adlandırılmaqla hadisələrin in­kişafı ad­dım-addım onların dilindən söylənir və bu üslub hə­min qəh­rəmanların xarakterlərinin açılmasına yardım et­miş olur.

\r\n

Roman sirlərlə doludur. Və romanın hər bölməsində bir sir­rin açılması ilə yeni sirlərin ortaya çıxması oxucunu dai­ma gərgin maraq içərisində saxlayır. Əsər dünya, həyat, cəmiy­yət, eşq, ailə, mənəvi dəyərlər haqqında fəlsəfi deyim­lərlə, aforizm səviyyəsində söylənilmiş fikirlərlə zəngindir. Bu ro­manı ən yaxşı anladan cümlələrdən biri belədir:

\r\n

“Ən çox sevdiklərimizi incidirik!” Sevdiklərinizi nahaq yerə in­cit­məkdən çəkinmək üçün “İskəndər” köməyinizə yetişə bilər!

Bolkart
Kredit
sayı
Kredit Cəmi
6 3.50AZN 21.00AZN