100% Təhlükəsiz Alış-Veriş
050 282 00 14
Dil: AZ

Səbət

0 məhsul

Hophopnamə

Dostuna göndər İstək siyahısına at Müqayisə
Qiymət: 6.30AZN
Taksitləri Göstər

abir bədii yaradıcılığa kiçik yaşlarında, Seyid Əzim Şirvaninin məktəbində oxuduğu zaman başlamış, ilk şeir­lərini Şərqin Firdovsi, Sədi, Füzuli kimi böyük klassik­lə­rinin təsiri ilə yazmışdır. Bu əsərlər lirik üslubda və əsa­sən qəzəl janrındadır. Başqa Azərbaycan sənətkarları ki­mi, Sabirin də qəzəllərinin ana xətti, leytmotivi məhəbbət duyğularının təsvir və tərənnümüdür.

\r\n

Əsərlərinin bir qismində Sabir zəhmətkeşlərin qüd­rətli müdafiəçilərindən biri olaraq bilavasitə xalqı öz haq­qını başa düşməyə, birləşməyə çağırır. O, əməkçi in­sana məhəbbətini açıq bildirərək, “böyüklərin”, “zorbaların” zül­mündən nifrətlə danışır. Belə əsərlərində o, fikirləri öz dilindən söyləyir. Əsərlərinin çoxunda isə şair istismarçı siniflərin nümayəndələrini danışdırmaq üsülundan isti­fa­də edir. Belə əsərlərdə mənfi surətin özü eyiblərini etiraf edib, daxili aləmini açır. O öz sözləri ilə oxucunu özünə gül­dürür. Başdan-ayağa kinayə və istehza ifadə edən belə şeirlərə “satirik monoloq” adı vermək olar.

Bolkart
Kredit
sayı
Kredit Cəmi
6 3.15AZN 18.90AZN